Səs telləri xərçənginin - İlkin əlamətləri

  • 2024.04.08 15:52
  • 625 Baxış
Səs telləri xərçənginin   - İlkin əlamətləri
Səs telləri santimetrik orqan olsa da orda da şiş xəstəliyi ola bilər.



“Medicina” xəbər verir ki, onkoloq cərrah Anton İvanov bu növ xərçəngin əsas əlamətlərini açıqlayıb.

“Səsdə, danışıqda istənilən dəyişiklik, xüsusən uzun müddət davam edirsə və heç bir müalicələr fayda vermirsə, səs telləri xüsusi cihazla yoxlanmalıdır.


Səs telləri xərçəngi elə yerdə yerləşir, elə əlamətlər verir ki, onu digər oxşar xəstəliklərlə səhv salmaq olur.


Səsin aşağı və yuxarı tonunun dəyişməsi, xırıltı, batma, udmada çətinlik, danışanda çətinlik və s.


Xərçəngönü vəziyyət displaziyadır, bu artıq ciddi siqnaldır. Displaziya qırmızı və ya ağ ləkələr, sahələrdir, onlar laringoskopiya zamanı aydın görünür.


Siqaret, tütün, elektron siqaret, alkoqol, yaşlanma, boğaz və mədə xəstəlikləri bu xərçəngin yaranma səbəbi ola bilər,

Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.


Risk qrupunda müğənnilər. müəllimlər, aktyorlar və zərərli işdə çalışanlardır.
Ona görə də boğazda sağalmayan iltihabi proseslərə diqqət yetirin”.


Aygün Musayeva