Səs tellərindən istifadə etmədən danışmaq mümkün olacaq – Yeni cihaz

  • 2024.03.14 13:58
  • 348 Baxış
Səs tellərindən istifadə etmədən danışmaq mümkün olacaq –  Yeni cihaz
Səs telləri zədələnən insanların danışması mümkün olacaq.

Medicina.az xəbər verir ki, bunun üçün boyuna yapışdırılan xüsusi cihaz hazırlanıb.

Cihaz Kaliforniya Universitetinin Biomühəndislik Departamentinin alimləri tərəfindən ərsəyə gətirilib. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirir. Beləliklə, səs tellərindən istifadə etmədən danışmağa imkan yaranır.

Bu barədə “Nature Communications” elmi jurnalında dərc olunan məqalədə bildirilib ki, cihazın işləməsi üçün batareyaya və ya elektrik bağlantısına ehtiyac yoxdur.

Məlumata görə, elastik silikon materiala daxil edilmiş miniatür maqnitlərdən ibarət olan cihaz boğaz əzələlərinin hərəkətlərindən özü üçün zəruri olan elektrik enerjisini istehsal edə bilir.

Cihazın müxtəlif səbəblərdən səs telləri zədələnən insanlar üçün əvəzedilməz olacağı vurğulanıb.


Aysel