Səsdə dəyişiklik qalxanvari vəzin şişindən ola bilər

  • 2022.08.30 17:55
  • 1171 Baxış
Səsdə dəyişiklik qalxanvari vəzin şişindən ola bilər


Səsin çökməsi və xırıltılı olması, eləcə də boyun limfa düyünlərinin şişməsi qalxanvari vəzin şişlərindən xəbər verə bilər.


"Medicina" xəbər verir ki, bu barədə onkoloq Madina Racabova deyib.


Qalxanvari vəzin şişləri həm kişilərdə, həm qadınlarda olur. Yod defisiti olan ərazilərdə yaşamaq, şüalanma, zərərli iş qalxanvari vəzidə düyünlərin böyüməsinə səbəb olur.


Erkən mərhələdə xəstəliyi aşkar etmək çətindir. Amma səsin dəyişməsinə diqqət yetirmək lazımdır.

Artıq sonra qida udmaqda çətinlik, limfa düyünlərin şişməsi, boğazda sıxılma və bərk törəmə hiss olunur.

Yod defisitli ərazidə yaşayanlar müntəzəm olaraq onkoloq endokrinoloq qəbulunda olmalı, hormon analizləri verməlidir.


Aygün Musayeva