Sevgilisi olmayanlar 14 fevralı necə rahat keçirsin? – Psixoloqdan məsləhət

  • 2024.02.12 20:47
  • 849 Baxış
Sevgilisi olmayanlar 14 fevralı necə rahat keçirsin?  – Psixoloqdan məsləhət
14 fevral təkcə sevgili cütlüklərin yox, tənha insanların da psixoloji çətin günüdür. Bir qismində problem hədiyyə və sevgi etirafı, digərində isə bu günü maksimum psixoloji travmasız və rahat keçirmək problemi.



“Medicina” xəbər verir ki, kişilərin xüsusilə çətin keçirdiyi 14 fevral Valentin günü ilə bağlı psixoloq, seksoloq Veronika Feldblyum məsləhətlər verib.


“Bu günə təkcə tənha insanlar nifrət etmir, bir çox evli qadınlar və kişilər də pis keçirir. Çünki nikahda olanların çoxu bu gün tək və hədiyyəsiz qala bilir.
Çünki gənclik illərindən Valentin günü sosial özünü təsdiq, uğur və tələbatın göstəricisi kimi qəbul olunub.


İndi isə sosial şəbəkə, instagram, reklamların sayəsində populyarlaşıb və romantik sürpriz, bahalı hədiyyələr, göstərişlər, xərclər, videolarla çox zərərli davranış stereotipləri yaradıb.


Tənha insan düşünür: bu bayramda da təkəmsə, hədiyyəsiz qaldımsa, deməli,mən lazımsızam, məndə nəsə çatmır, mən yaxşı deyiləm. Uğurlu olmaq məhz kiminləsə romantik münasibətdə olmaq, hədiyyə almaq deməkdir.

İkinci yarın, sevgilin, aşiqin heç vaxt sənin şəxsiyyətini xarakterizə etmir, heç vaxt uğur simvolun ola bilməz.

Cəmiyyət xatirinə, sosial dəyər xatirinə münasibət saxlamayın.

Bu sizin dəyərli insanla görüşmək şansınızı oğurlayır, yalançı münasibət sizin vaxtınızı alır.

Sevgililər günü həmişə unutduğunuz, təxirə saldığınız, dəyər vermədiyiniz bir insana sevginizi etiraf edin, ona aşiq olun və ona hədiyyə alın: Bu adam sən özünsən.
Bu günü özümü sevmək, özünə sevgi günü adlandırın.

Özünüzə çoxdandır istədiyiniz bir hədiyyə alın, gözəllik salonuna, kinoya gedin, ailə üzvlərinizə baş çəkin, heyvanları yedizdirin, kimlərisə sevindirin, restorana gedin, konsertə gedin.

Əgər təkcə 14 fevralda yox, hər gün tənhasızsa, münasibətiniz yoxdur və ya olsa da, ürəyinizcə deyilsə, deməli siz həyatınızın ən vacib şəxsi – özünlə münasibəti qura bilməmisən”.


Aygün