Səyahətdə ürəkbulanma və başgicəllənmə? - Rahat yol üçün bunları bilin

  • 2026.06.10 15:52
  • 127 Baxış
Səyahətdə ürəkbulanma və başgicəllənmə? -  Rahat yol üçün bunları bilin

Səyahət etməyi sevirsiniz, amma avtomobil, gəmi, təyyarə və ya qatarla yola çıxanda ürəkbulanma, başgicəllənmə, halsızlıq kimi narahatlıqlar yaşayırsınız?

Bu hal səyahət xəstəliyi və ya tibbi dildə kinetoz adlanır.


Medicina.az xəbər verir ki, səyahət xəstəliyi nəqliyyat vasitəsində hərəkət zamanı bədənin tarazlıq sistemi ilə gözlərin gördüyü məlumatlar arasında uyğunsuzluq yarandıqda ortaya çıxır. Məsələn, avtomobildə oturarkən bədən hərəkəti hiss edir, lakin gözləriniz kitab, telefon və ya sabit bir nöqtəyə baxırsa, beyin bu siqnalları fərqli qəbul edir. Nəticədə ürəkbulanma və başgicəllənmə kimi əlamətlər yarana bilər.

Səyahət xəstəliyinin əsas əlamətləri

Səyahət xəstəliyi hər insanda fərqli formada özünü göstərə bilər. Ən çox rast gəlinən əlamətlərə ürəkbulanma, qusma, başgicəllənmə, soyuq tər, halsızlıq və yorğunluq, solğunluq, yuxululuq, qan təzyiqinin düşməsi və ümumi narahatlıq hissi daxildir. Bu əlamətlər adətən nəqliyyat vasitəsində hərəkət zamanı başlayır və səyahət bitdikdən sonra tədricən azalır.
Kimlərdə daha çox rast gəlinir?

Səyahət xəstəliyi hər kəsdə yarana bilər, lakin bəzi insanlarda daha çox müşahidə olunur. Xüsusilə uşaqlarda, hamilə qadınlarda, miqrendən əziyyət çəkən şəxslərdə, vestibulyar sistemi zəif insanlarda, hormonal dəyişikliklərə həssas olanlarda və bəzi dərmanlara qarşı həssaslığı olan şəxslərdə bu hala daha tez-tez rast gəlinir.
Bu qrupdan olan insanlar səyahətə çıxmazdan əvvəl profilaktik tədbirlərə daha çox diqqət etməlidirlər.
Səyahət xəstəliyinin qarşısını almaq üçün nə etmək olar?

Səyahət zamanı narahatlığı azaltmaq üçün sadə, amma təsirli üsullardan istifadə etmək olar:

• Avtomobildə ön oturacaqda əyləşin
• Gözlərinizi yolda saxlayın və uzağa baxmağa çalışın
• Telefon, planşet və kitabdan istifadəni məhdudlaşdırın
• Səyahət zamanı təmiz hava almağa çalışın
• Ağır və yağlı qidalardan uzaq durun
• Yola çıxmazdan əvvəl yüngül qida qəbul edin
• Kəskin qoxulardan uzaq durun
• Mümkünsə, fasilələr verin və qısa müddət təmiz havada gəzin
Bu tövsiyələr xüsusilə uzun yol səfərlərində ürəkbulanma və başgicəllənmənin azalmasına kömək edə bilər.


Vertigoheel səyahət zamanı necə istifadə oluna bilər?

Səyahət xəstəliyi zamanı başgicəllənmə və ürəkbulanma kimi narahatlıqları azaltmaq üçün bəzi hallarda həkim məsləhəti ilə müvafiq preparatlardan istifadə oluna bilər. Bu preparatlardan biri də Vertigoheel tabletidir.
Vertigoheel təbii mənşəli komponentləri özündə birləşdirən preparatdır və vestibulyar sistemlə bağlı başgicəllənmə, vertiqo və ürəkbulanma zamanı istifadə oluna bilər.
Vertigoheel tərkibində olan komponentlər:

Anamirta cocculus — səyahət xəstəliyi, vertiqo və ürəkbulanma zamanı effektiv komponentdir.
Conium maculatum — başgicəllənmə, qulaqda küy və tarazlıq pozuntusu ilə bağlı narahatlıqların azalmasına dəstək ola bilər.
Ambra grisea — sinir sistemini dəstəkləməyə və başgicəllənmə ilə bağlı narahatlığı azaltmağa kömək edə bilər. Xüsusilə yaşlı insanlarda istifadə oluna bilər.
Petrol rectificatum — vestibulyar aparatın funksiyasını dəstəkləməyə və vertiqoya bağlı ürəkbulanmanın azalmasına kömək edə bilər.
Vertigoheel preparatının üstünlükləri

Vertigoheel Almaniya istehsalı olan, qlütensiz və təbii tərkibli komponentlərdən ibarət preparatdır. Adətən yaxşı tolere olunur və dilaltı tablet formasında istifadə edilir.
Vertigoheel necə qəbul edilir?

12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün standart qəbul qaydası:
Gündə 3 dəfə 1 tablet dilaltı qəbul edilir. Tableti yeməkdən 30 dəqiqə əvvəl və ya yeməkdən 1 saat sonra qəbul etmək tövsiyə olunur.
Kəskin dövrdə:
2 saat ərzində hər 15 dəqiqədən bir 1 tablet dilaltı qəbul edilə bilər.
Səyahət zamanı istifadə məqsədilə preparatın nəqliyyat vasitəsinə minməzdən əvvəl qəbul edilməsi barədə həkim və ya əczaçı ilə məsləhətləşmək tövsiyə olunur.
Həkiminizlə məsləhətləşin!
Daha ətraflı məlumat üçün: www.heel.az