Səyyad Əlizadənin vəziyyətində heç bir irəliləyiş yoxdur

  • 14 Sen 2021 10:16
  • 157 Baxış
Səyyad Əlizadənin vəziyyətində  heç bir irəliləyiş yoxdur
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin son durumu açıqlanıb.

Medicina.az xəbər verir ki, qohumu "Report"a bildirib ki, müğənninin vəziyyətində heç bir irəliləyiş yoxdur.

"Həkimlərlə danışmışıq. Dedilər ki, Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır. Heç bir müsbət dəyişiklik yoxdur", - sənətçinin qohumu vurğulayıb.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə 10 gün əvvəl koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən moidul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib