Sidikdə zülal çoxluğu - Əlamətləri

  • 2022.10.17 14:12
  • 10315 Baxış
Sidikdə zülal çoxluğu  - Əlamətləri

Normadan sidikdə az miqdarda zülal birləşmələri olmalıdır.

Zülal insanın qəbul etdiyi qidalardan geri qalan zülalın qalığıdır ki, sidiklə xaric olur.


"Medicina" xəbər verir ki, sidikdə bu zülalın normadan artıq çoxalması, hansı ki, hətta uşaqlarda da rast gəlinir, Proteinuriya adlanır.

Adətən xəstələr bundan xəbərsiz olur, təsadüfən sidik analizində üzə çıxır. Çox zaman isə böyrək problemində aşkarlanır.

Sidikdə zülal çox səbəbdən yüksəlir:

- fiziki yük
- İdmançılarda
- Çox maye qəbul edənlərdə
- Maddələr mübadiləsi pozulduqda
- İnfeksion xəstəliklərdə
- Qızdırmadan sonra

Əsasən çox vaxt əlamət vermir, gizli gedir. Amma bu hal böyrəklər üçün təhlükəlidir.

Əsas əlamətləri:

- Təngnəfəslik
- Yorğunluq
- Ürəkbulanma
- Tez-tez sidiyə getmə
- Sidikdə köpük
- Gecələr əzələ qıcolmaları


Aygün Musayeva