Sidikqovucu dərmanlar ürəyi dayandıra bilər- Məşhur həkim

  • 21 Apr 2022 15:05
  • 375 Baxış
Sidikqovucu dərmanlar ürəyi dayandıra bilər - Məşhur həkim


Həkim və teleaparıcı Aleksandr Myasnikov ürək üçün təhlükəli dərman barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, o, sidikqovucuların bu orqanın patologiyasına səbəb ola biləcəyini bildirib və ehtiyatla qəbul etməyi tövsiyə edib.

Bu dərmanların düzgün istifadə edilməməsi nəticəsində aritmiyaların inkişaf riski artır və bədən ürəyin düzgün işləməsi üçün lazım olan bir element olan kaliumu da itirə bilər.


Myasnikov xatırladıb ki, sidikqovucu tablet 4 litrə qədər mayenin, onunla birlikdə kaliumun və digər elektrolitlərin itirilməsinə kömək edir:

“Bunlar çox güclü maddələrdir, odur ki, ehtiyatla qəbul edilməlidir. Epilepsiya başlayacaq. Vaxtında kömək etməsəniz, insan ölə bilər”.