Sidiyi saxlamaq sidik kisəsini partladırmı?

  • 2024.01.23 19:27
  • 777 Baxış
Sidiyi saxlamaq sidik kisəsini partladırmı?
El arasında yayılan qorxulu miflərdən biri də: sidiyi çox saxlamaq, sidik kisən partlayar fikridir.


“Medicina” xəbər verir ki, uroloq Viqen Malxasov tualetə vaxtında getməməyin fəsadlarından danışıb.


“Çox zaman yolda, vacib işdə, iş yerində, eləcə də yataqdan qalxmamaq üçün insanlar sidiyə çağırışı saxlayır, tualetə getməyi ertələyir, bacardıqca dözür.


Amma sidik dolu kisəni uzun müddət boşaltmayanda kisə yırtılmır. Amma burda kisənin uzanması baş verir. Əgər sidiklə dolu kisə təzyiqə, zərbəyə uğrayarsa, qəza olarsa, partlaya bilər.


Sidik kisəsinin divarları elastikdir, o dartılıb uzana bilir, lakin uzun müddət orda dolma olarsa, bu həm sidik kisəsi, həm də böyrəklərin funksiyasına təsir edir.

Uzun müddət sidiyə getməyib dözən insan bir müddətdən sonra kisə dolarkən beyindən dolma siqnalının gəlmədiyini müşahidə edə bilər.

Daha sonra insan hətta özü sidik kisəsini boşaldanda da görəcək ki, bu çətinliklə alınır, çox zəif axıntı ilə gəlir.

Bu vəziyyətə kəskin atoniya deyilir, sidik kisəsi yeni reallığa alışır və getdikcə daha çox sidiyi özündə tutur və beyinlə siqnal əlaqəsi pozulur.

Xroniki sidik saxlanması xəstəliyi zamanı artıq uroloq mülaicəsi lazımdır.
Əgər müalicə olmazsa, böyrəklərdən sidiyin çıxarılması pozulur və böyrək çatışmazlığına səbəb ola bilər”.


Aygün