Sinəni ev şəraitində böyütməyin 5 YOLU

  • 2018.11.14 17:16
  • 28881 Baxış
Sinəni ev şəraitində böyütməyin  5 YOLU
Yəqin ki, iri və gözəl sinəyə malik olmaq istəməyən çox az qadın tapılar. Statistik məlumatlara görə, qadınların 90%-i öz sinəsinin ölçüsündən və formasından narazıdır.  


Əlbəttə bu problemin birdəfəlik çıxış yolu cərrahi müdaxilədir. Amma "süni sinə”nin də bir sıra mənfi cəhətləri var. Üstəlik bu əməliyyat kifayət qədər baha və əziyyətlidir. Buna görə də qadınlar əməliyyata alternativ yollar axtarırlar. 


Medicina.az şəraitində sinənin böyütməyin 5 yolunu təqdim edir: 


1. Hormonal preparatlarla


Ev şəraitində süd vəzini hormonal preparatların köməyi ilə böyütməyin ən düzgün yolunu həkim söyləyə bilər. Belə ki, istənilən hər hansı bir hormonal preparatın qəbulu yolverilməzdir. Çünki qeyri-müəyyən doza aybaşı tsiklinin pozulmasından tutmuş süd vəzi xərçənginə qədər bir sıra problemlərə yol aça bilər. 


2. Massaj


Sinənin gündəlik masajı xeyirli bir vərdiş ola bilər. Masajı duşda, isti su şırnağı altında etmək yaxşı effekt verəcək. Bu zaman müxtəlif kremlərdən də istifadə etmək olar. Kremi əlinizə çəkin, dairəvi hərəkətlərlə bərk sıxmadan 3-5 dəqiqə ərzində hər süd vəzini masaj edin.  

 



3. İdman hərəkətləri


Sinənin sağlamlığı üçün fiziki hərəkətlər vacibdir. Düzgün hərəkətlər kompleksi ilə sinə əzələlərinə daha qabarıq bir relyef vermək də mümkündür. Bu üsulla sinə 2-3 sm böyüyə bilər. Yaxşı nəticə almaq üçün 2 gündən bir 2 fərqli idman hərəkəti ilə məşğul olun. 


4. Sinənin vizual böyüdülməsi


Bu üsul "tənbəl” xanımlar üçün daha uyğundur. Əgər sinənizi tez bir zamanda böyüdə bilmirsinizsə, onda, silikonlu və "push-up”alt paltarı seçə bilərsiniz. 


Arzu

Medicina.az

Sinəni ev şəraitində böyütməyin  5 YOLU