Siqaret dumanında da xərçəng yaradan maddələr var - Xilas olmaq mümkündürmü?

  • 14 Sen 2021 15:57
  • 370 Baxış
Siqaret dumanında da xərçəng yaradan maddələr var -  Xilas olmaq mümkündürmü?
Siqaret dumanında toksiki və kanserogen olan 4800 dən çox maddə var.Dumanın nəfəslə alınması zamanı bu toksinlər ağ ciyərlər tərəfindən sorulur və bütün bədənə yayılır.

Tütün istifadəsi təkcə tənəffüs sistemi deyil,bütün orqan və toxumalara ziyan vurur.

- Tənəffüs sistemi- Siqaret dumanı tənəffüs yollarının iltihabına səbəb olub,bronxları zədələyir və infeksiyaya yoluxma riskini artırır.Periodik siqaret çəkənlərdə nəfəs darlığı,xronik öskürək və bəlğəm şikayətləri olur.

- Qan damar sistemi- Siqaret çəkənlərdə damar sərtliyi artır,qanın oksigenlə doyması azalır,zərərli xolesterin dediyimiz LDL miqdarı artır və bu da aterosklerotik ərplərin yaranmasına səbəb olur.Nəticədə damarlar daralır,Mİ,periferik damar xəstəlikləri riski artır.

- Sinir sistemi - damarlarlarda gedən dəyişikliklər mərkəzi sinir sisteminə də mənfi təsir göstərir.Alzheirmir və depressiya riskini artırır.

- Dəri- Siqaretin tərkibində olan nikotin dəriyə gedən qan dövranını zəiflədir,nəticədə,solğun,incə,turqoru zəif,qocalmış dəri görünümü ortaya çıxır.

- Diabet- şəkərli diabet tip 2 öz özlüyündə damarları zədələyir.Bununla birlikdə siqaret istifadəsi 2 qat damar patologiyalarını artırır.

- Siqareti tərgitmək ilk növbədə psixoloji prosesdir və güclü,iradəli motivasiya istəyir.

- Bədənin zərərli maddələrdən təmizlənməsi,siqaretə ikrah hissinin yaradılması üçün bioloji tənzimləmə müalicə üsulu əvəzsiz,müsbət nəticəli üsuldur.



Ətraflı məlumat üçün:
- (012)430 89 89
-(050,055,070) 430 89 89
-055 430 89 89 (whatsapp)
-Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI