Siqaret epilepsiya və şizofreniyanın dərmanıdır? – Alimlərdən şok

  • 2023.03.09 14:06
  • 1985 Baxış
Siqaret epilepsiya və şizofreniyanın dərmanıdır?  – Alimlərdən şok

Parisin Paster universitetinin alimlərinin araşdırmalarına görə, nikotinin şizofreniya xəstələri üzərində müsbət təsirini aşkar ediblər.


“Medicina” xəbər verir ki, alimlərin fikrincə, nikotinin beynin müəyyən hissələrinin fəaliyyətini azaltmaq qabiliyyəti var.
Xüsusilə, nikotinin bu xəstəliyə genetik meyli olan insanlara belə təsir etdiyi müşahidə edilib.

Şizofreniya riskinin artması ilə əlaqəli olan CHRNA5 genində mutasiya olur. Siqaret çəkənlərdə bu xəstəliyin ətraflı klinik mənzərəsi yox idi. Siçanlar üzərində aparılan sınaqlar nikotinin genetik cəhətdən yüksək şizofreniya ehtimalı olan heyvanları xəstəliyin tam inkişafından qoruduğunu təsdiqlədi.

Digər araşdırmada siqaretin epilepsiya xəstələrinin vəziyyətini yaxşılaşdırması faktı üzə çıxdı. Əgər əksinə həmin xəstələr siqaret çəkməyi buraxmağa cəhd etdikdə, epileptik tutmaların sayının artması hallları baş verdi. Söhbət, ilk növbədə, bu xəstəliyin genetik səbəb olduğu insanlardan gedir. Onlar üçün nikotin, müxtəlif tədqiqatların göstərdiyi kimi, vəziyyəti sabitləşdirən bir maddədir.

Fransız təbabətində nikotin həbləri və nikotin plasterləri diqqət çatışmazlığı hiperaktivliyi pozğunluğunun (DEHB), Alzheimer və Parkinson xəstəliklərinin müalicəsində terapiyaya əlavə olaraq istifadə edilmişdir. Nikotin oksigenlə qarşılıqlı əlaqədə olduqda qan damarlarında və arteriyalarda xolesterin lövhələrinin yığılmasına müqavimət göstərən nikotinik turşu əmələ gətirir. Bu da xroniki ağrıların qarşısının alınmasına kömək edir.


Məsələ burasındadır ki, nikotin asılılıq da yaradır və elmdə hələ buna bənzər əvəzedici bir müalicə yoxdur.

Günay Quliyeva