Siqareti tərgitmək istəyənlər üçün - XÜSUSİ İÇKİ

  • 2021.06.22 17:34
  • 2194 Baxış
Siqareti tərgitmək istəyənlər üçün    - XÜSUSİ İÇKİ

Siqareti tərgidən insanların ən böyük problemlərindən biri səhər oyandıqlarında hiss etdikləri nikotin ehtiyacıdır. Bədən və beyin bu zəhərin varlığına o qədər alışıb ki, siqareti tərgitdikdə orqanizmdə bir sıra narahatlıqlar ortaya çıxa bilir. Amma istədikdən sonra hər şeyi bacarmaq mümkündür.



Medicina.az siqaret tərgitmək üçün faydalı və təsirli içkinin reseptini təqdim edir:




Lazım olanlar:


1 ədəd limon


1 ədəd portağal


1 ədəd kök


1 çay qaşığı rəndələnmiş zəncəfil


15 üzüm giləsi


1 stəkan jenşen tozu


1 litr su


Hazırlanması:


Zəncəfil və limonun kəskin dadı lazımsız təsirlər üçün mükəmməl bir ikilidir. Qarışımı hazırlayarkən ilk olaraq portağal və limonun suyunu sıxın. Limonun qabığını atmayın, bir kənarda saxlayın. Kökü yuyub, doğradıqdan sonra əvvəlcədən hazırladığınız limon və portağal suyu ilə qarışdırın. Bu qarışıma jenşen tozunu, rəndələnmiş zəncəfili və üzümləri əlavə edin. Son olaraq limon qabığıyla bərabər suyunu töküb qarışdırın.