Sirkədən zəhərlənən qadın xəstəxanada öldü

  • 2022.08.31 09:19
  • 1724 Baxış
Sirkədən zəhərlənən qadın  xəstəxanada öldü
Sirkə turşusundan zəhərlənən Qobustan rayon sakini Bakıda xəstəxanada ölüb.


Medicina.az bildirir ki, hadisə Kliniki Tibbi Mərkəzdə qeydə alınıb.


Belə ki, avqustun 22-də rayonun Xilmilli kənd sakini 1971-ci təvəllüdlü Orucova Sitarə İsmayıl qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.


Həkimlərin səyinə baxmayaraq, xəstə avqustun 30-da müalicə aldığı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində ölüb.


Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.