Sirkəli su idrar yolu infeksiyasına qarşı təsirlidirmi?

  • 22 Fev 2021 15:03
  • 559 Baxış
Sirkəli su idrar yolu infeksiyasına qarşı təsirlidirmi?
Böyrəklər və ya sidik kanallarında ortaya çıxan bakteriyalar idrar yolu infeksiyalarına səbəb ola bilər.

Medicina.az xəbər verir ki, idrar yoluna faydalı olan bir çox bitkilər məlumdur.

Bəs sirkəli su idrar yolu infeksiyasına faydalıdırmı?

Alt qarın bölgəsində və yanlarda ağrı və idrara gedərkən yanma halları olarsa, mütləq həkimə getmək lazımdır. İdrar yolu infeksiyasına qarşı bol su içməli və genital bölgəni təmiz saxlamalısınız. Genital bölgə təmizliyi öndən arxaya doğru edilməli və quru saxlanılmalıdır. Alt geyimlərinizi pambıq parçadan seçməli və xüsusən qadınlar aybaşı dönəmində pedlərini tez-tez dəyişməlidirlər. Hovuz və ya dənizə girmək də idrar yolu infeksiyalarına səbəb ola bilər. Ona görə də hovuza girdikdən sonra mütləq təmizlənməlisiniz. Bundan başqa, cinsi əlaqəyə girməzdən əvvəl və sonra da təmizlənməyə fikir verməlisiniz.

İdrar yolu infeksiyasına kömək edən şeylərdən biri də alma sirkəsidir. Alma sirkəsinin faydalarını saymaqla bitməz. C vitamini idrarda olan iltihabların müalicəsində böyük rol oynayır. Vitamin deposu olaraq bilinən alma sirkəsi tərkibindəki C vitamini sayəsində idrar yolu infeksiyasına səbəb olan bakteriyaların bədəndən atılmasına kömək edər. Araşdırmalarda da bakteriyalarla mübarizədə alma sirkəsinin rolu təsdiqlənmişdir. Yarım litr suya qatacağınız iki yemək qaşığı alma sirkəsini gün ərzində içə bilərsiniz.

Bir stəkan suya bir yemək qaşığı alma sirkəsi ilə hazırlayacağınız bu sirkəli su idrar yolu infeksiyalarına qarşı da təsirlidir.