Sirkəli su meyvə-tərəvəzdəki bakteriyaları artırır - DİQQƏT!

  • 2020.01.08 13:20
  • 3577 Baxış
Sirkəli su meyvə-tərəvəzdəki bakteriyaları artırır -  DİQQƏT!
Tərəvəz və meyvələrdəki bakteriya, virus və zərərvericilərin zərərli təsirlərini aradan qaldırmaq üçün pestisid adlı maddədən istifadə edilir. Bu maddələr isə sağlamlıq üçün ciddi təhlükədir.

Medicina.az xəbər verir ki, türkiyəli dietoloq Gökce Bönce bildirib ki, bu maddələri qidalardan təmizləmək və sonra yemək mütləq şərtdir. Lakin insanlar arasında yayılan yalnış bir fikir var. Bu meyvə-tərəvəzlərin sirkəli suda saxlanılması ilə bağlıdır. Sirkəli su pestisid maddələrini azaltmağa deyil, mikroorqanizm yükünü azaltmaqda təsirli vasitədir.

Dietoloqun sözlərinə görə,araşdırmalar sirkəli suyun zərərli maddələri daha da artırdığını sübut edib. Bunun əvəzində sodalı su daha yaxşı vasitədir:

"1 litr ilıq suya 10 qrama qədər sodium bikarbonatı əlavə etmək lazımdır. Minimum 8-10 dəqiqə meyvə və tərəvəzləri bu qarışımda saxlamaq,daha sonra adi su ilə yaxalamaq lazımdır. Bu üsul tam olaraq zərərli maddələri qidalardan uzaqlaşdırır".