Şirniyyat uşaqlarda aclıq-toxluq hissini pozur

  • 2024.02.01 15:33
  • 2990 Baxış
Şirniyyat uşaqlarda aclıq-toxluq hissini pozur
Körpəlikdən şirin dada alışqanlıq getdikcə aclıq hissini azaldır, uşağın beyni yalnız şirin qida tələb etməyə başlayır.




"Medicina" xəbər verir ki,rusiyalı həkim Olqa Redina süni şəkər tərkibli qidaların uşaqların piylənməsinə və gələcəkdə diabetə səbəb olduğunu bildirib.


" Qidalarda dadlandırıcıların istifadəsi bağırsaq mikroflorasının pozulmasına gətirib çıxarır, eləcə də allergik reaksiyalarla gətirir.

Piylənmə insanın toxluq hissini əngəlləyir

Zərərli qida tərkibləri, xroniki kortizol stressi ilə birləşərək, bədəndə piy toxumasının yığılmasına gətirib çıxarır. Vaxt keçdikcə bağırsaqlarda disbakterioz yaranır və zərərli bakteriyalar daha çox yemək, qida tələb edir.


Beyin uşağı daha çox un məmulatı, şirniyyat yeməyə məcbur edir. İnsulin dirənci yaranır və bunu8n da sonu şəkər xəstəliyidir. Təəssüf ki, uşaqları şirniyyata alışdıran elə valideynlərdir".


Aygün