Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sistem qoşdurmağın təhlükəsi: bədənə plastik yeridilir

  • 2024.04.02 11:11
  • 1601 Baxış
Sistem qoşdurmağın təhlükəsi:  bədənə plastik yeridilir
Damar yolu ilə tətbiq olunan sistemlərdə "mikroplastik" təhlükəsinin olduğu açıqlanıb.

Medicina.az xəbər verir ki, Adana Çukurova Universiteti və Danimarka Roskilde Universitetinin akademiklərinin birgə araşdırmasında tibbi müalicələrdə istifadə edilən sistemlər tədqiq olunub. Nəticədə 1 litrlik sistemdə 65 ədəd mikroplastik olduğu müəyyən edilib.

"Bu araşdırma ilə damardaxili mayelərin birbaşa mikroplastik təsirə səbəb olduğunu ortaya çıxardıq", - deyə Prof. Dr. Sedat Gündoğdu bildirib.

Araşdırmanı Prof. Dr. Sedat Gündoğdu ilə yanaşı Dr. Uğur Çağlayan, Danimarkanın Roskilde Universitetindən Dr. Kristian Sayberq və Tiffani Ramos həyata keçirib. Onlar mikroplastiklərin böyük təhlükəsini ortaya qoyan birgə araşdırmaya imza atıblar.
Tədqiqat çərçivəsində apteklərdə ən çox rast gəlinən PVC və polipropilen ilə qablaşdırılmış sistemlər nəzərdən keçirilib.

Elmi araşdırmanın nəticələri akademik jurnal olan “Environmental Toxicology and Pharmacology”də dərc edilib. 1 il davam edən işin təfərrüatlarını paylaşan Dr. Uğur Çağlayan bildirib ki, 13 müxtəlif markadan əldə edilən sistem məhsullarının hamısının tərkibində mikroplastik olduğu müəyyən edilib.

“Qanla bağlı aparılan araşdırmalar damarlarda, qan lövhələrindəki mikroplastiklərin infarkt riskini əhəmiyyətli dərəcədə artırdığını üzə çıxarıb. Ancaq damarlara bu qədər mikroplastikin haradan gəldiyi ilə bağlı heç bir araşdırma aparılmamışdı. Bu araşdırma ilə venadaxili mayelərin birbaşa mikroplastik təsirə səbəb olduğunu aşkar etdik.

Tədqiqatın sonundakı qiymətləndirmədə, İƏİT ölkələrindən birində xəstənin xəstəxanada qalma müddətinə əsaslanaraq etdiyimiz hesablamaya əsasən müəyyən etdik ki, o, yalnız bu müalicə üsulu ilə, yəni venadaxili mayelər vasitəsilə bir il ərzində bədəninə təxminən 200-350 mikroplastik qəbul edib”, - deyə Prof. Dr. Serdar Gündoğdu vurğulayıb.

Xüsusilə səhiyyə sektorunda plastikə məruz qalmanın azaldılmasının vacibliyini izah edən professor “Plastikin insanlar və digər canlılarla bu qədər yaxın təmasda olması məsələsini indi yenidən düşünməliyik. Araşdırmalar göstərir ki, plastikin Parkinson, Alzheimer, demansiya, infarkt və şiş meydana gəlməsi ilə ciddi əlaqəsi var. Üstəlik plastikin hazırlanmasında istifadə olunan kimyəvi maddələr müxtəlif xərçəng hadisələri və hormonal pozğunluqlarla birbaşa əlaqəlidir. Xüsusilə tibbi müalicələrdə plastikdən istifadənin məhdudlaşdırılması, ciddi testlər və nəzarətlər aparılaraq mümkün qədər şüşə qablaşdırmadakı sistemlərdən istifadə edilməsi məqsədəuyğun olardı”, - deyə qeyd edib.


Aysel