Sistitin səbəbi az su içməkdir – Ginekoloq

  • 2024.04.15 15:22
  • 525 Baxış
Sistitin səbəbi  az su içməkdir  –  Ginekoloq
Sistit – sidik kisəsinin selikli qişasının xroniki iltihabıdır.


“Medicina” xəbər verir ki, qadınlara və uşaqlara çox tanış olan xoşagəlməz xəstəliyin səbəbləri çoxdur.


Ginekoloq Tatyana İlyuxina sistitin gözəgörünməyən və ağlagəlməyən səbəbini açıqlayıb.


“Adətən sistit kifayət qədər sadə, təmiz su içməmək səbəbindən yaranır.
Gündə ən azı 1,5 litr su içməyənlərdə sistit riski yüksəkdir, yarım litrdəb az içənlər zərbə altındadır.


Eləcə də tətik səbəblərdən biri intim əlaqədir, bu zaman xarakterik simptomlar 2-3 günə özünü göstərir.


Sistitin digər səbəbləri:

- Bakterial vaginoz
- Müxtəlif yuyunma, tampon və şamlardan həkimsiz istifadə
- Qəbizlik
- Kiçik çanaq orqanları xəstəlikləri


Sidiyə getmə zamanı ağrı, göynəmə, yanma, istənilən xoşagəlməz problem zamanı özbaşına müalicə etməyin, ginekoloq və ya uroloqa müraciət edin.
Sidik zamanı problem təkcə sistitdə olmur, 20-ə yaxın xəstəlik var ki, yalançı sidiyə çağırışlar olur və ağrı verir”.


Aygün Musayeva