"SMS icazə gündəmə gələ bilər" - Adil Qeybulla

  • 2020.11.05 15:03
  • 5609 Baxış
"SMS icazə gündəmə gələ bilər" -  Adil Qeybulla

"Bu gün dünyada virusun ikinci dalğası müşahidə olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, Fransa, İtaliya, Amerikada virusun yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb:

"Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı qərar TƏBİB-ə aiddir. Əgər virusun yayılmasında artım müşahidə olunarsa, karantin tədbirlərinin sərtləşdirilməsi müşahidə olunacaq. Sərt tədbirlər qəbul oluna bilər, hətta SMS icazəsi də gündəmə gələ bilər. Çünki ilk növbədə biz onun yayılmasının qarşısını almalıyıq”.


Professor bu günlərdə insan təmaslarının xeyli artdığını da vurğulayıb:

"Rayonlara gediş-gəliş, məktəblər açıldı. Qarabağ savaşı ilə bağlı virus bir növ arxa plana keçdi. Virus unuduldu, qaydalar da pozuldu. Bunun da nəticəsi virusun daha çox yayılması oldu”.