Soda mədəyə xeyirlidir?

  • 2023.05.05 16:32
  • 2447 Baxış
Soda mədəyə xeyirlidir?
Mədə göynəməsi döş sümüyünün arxasında yuxarıya doğru yayılan yanma hissidir. Hətta sağlam bir insanda baş verə bilər, ancaq həftədə iki gündən çox narahat edirsə, müayinə tələb edir.

“Medicina” xəbər verir ki, xoşagəlməz göynəmə hissinin ən çox görülən səbəbi mədədən asidik və ya qarışıq şirənin artması, mədə ezofagitinin refleksidir.

Həkim – qastroentoloq Yekatirina Pustovitin sözlərinə görə, qoruyucu tədbirlərə qida borusundan turşunun təmizlənməsi daxildir.

“Nəyə görə mədə reflüksü və göynəməsi baş verir?

• Mədənin aşağı sfinkterinin çatışmazlığı (çox zəifdir, yaxşı bağlanmır) turşunun yemək borusuna daxil olmasına imkan verir.

• Mədənin boşalma müddətinin uzanması(ondan turşu çox uzun müddətə çıxarılır), qida borusunun yaxşı büzülməməsi.

• Ezofagitin inkişafı (qida borusunun selikli qişasının iltihabı).

• Retrograd (əks) axını riski yaradan qida borusu yırtığının olması.
• Tüpürcək funksiyasının pozulması.

Mədə göynəməsi zamanı soda tez təsir edir, lakin uzun sürmür, üstəlik mədə göynəməsi daha güclü şəkildə qayıdır. Bəzən soda istifadə edərkən, sodanın turşu ilə qarşılıqlı təsirinin son məhsulu kimi karbon qazının sərbəst buraxılması səbəbindən ağrı, gəyirmə və artan qaz meydana gəlir. Mədə göynəməsinin çarəsi soda deyil”.

Günay Quluzadə