Soğan və sarımsaqla müalicə necə olur?

  • 2023.03.01 14:32
  • 2039 Baxış
Soğan və sarımsaqla müalicə necə olur?

Sarımsağın tərkibində bakteriyaların böyüməsinə maneə törədə bilən bioloji aktiv maddələr - fitosidlər var.


“Medicina” xəbər verir ki, sarımsağı xəstəliyin, xüsusən də kovid və qripin başlanğıcının qarşısını ala biləcək bir vasitə kimi tövsiyə etmək mümkün deyil.

Soyuq havaların başlaması ilə immuniteti artırmaq üçün vitaminlərlə zəngin qidalar qəbul edilməlidir: payız tərəvəzləri - brokkoli, balqabaq, pomidor, payız meyvələri - alma, nar, payız kök bitkiləri - çuğundur, yerkökü ; payız giləmeyvəsi - zoğal, çaytikanı, həmçinin duzlu kələm, zəncəfil, badam.


Sağlam həyat tərzi sürmək, müntəzəm idman etmək, kifayət qədər yuxu almaq lazımdır. Orqanizmi qrip viruslarının təsirindən qorumaq üçün vaxtında peyvənd olunmalısız.


Soğan C, E, B vitaminləri və karotinlə zəngindir, tərkibində efir yağları və təbii antibakterial maddələr olan fitosidlər var. Soğan immunomodulyator xüsusiyyətlərə malikdir və onun şirəsi burun tutulmasını azaldır, selikli qişanın şişkinliyini aradan qaldırır, sərbəst nəfəsi qaytarır. Soğan suyu ilə müalicənin təsiri xəstəliyin başlanğıcında istifadə edildikdə müşahidə olunur.

İstifadəyə başlamazdan əvvəl, "soğan terapiyası"nın sizə göstəriş olub-olmadığını müəyyən etmək üçün mütləq həkiminizlə məsləhətləşməlisiniz. Ümumi soyuqdəymənin müalicəsi üçün soğan suyu gündə 2-3 dəfə, lakin üç gündən çox olmayaraq hər burun dəliyinə damcılanır.

Günay