Son 20 gündə virusa yoluxan təhsil işçilərinin sayı

  • 2021.02.23 15:01
  • 1196 Baxış
Son 20 gündə virusa yoluxan təhsil işçilərinin sayı

Son 20 gündə (1-21 fevral) ölkə üzrə məktəblərdə virusa yoluxan işçi heyətinin sayı açıqlanıb.

Medicina.az xəbər verir ki, Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin müddətdə virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib.

Qeyd olunub ki, həmin müddətdə ölkə ərazisində 4 427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub.