Son bir həftədə ölüm sayı artıb - ÜST

  • 2021.04.07 08:54
  • 1004 Baxış
Son bir həftədə ölüm sayı artıb -  ÜST
“Son bir həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb”.

Medicina.az ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik hesabatında bildirilib. 

Qeyd edilib ki, ardıcıl olaraq 6-cı həftədir ki, yeni yoluxma sayı artaraq 4 milyonu keçib, ölüm sayı isə keçən həftəyə nisbətən 71 mindən çox olub. 

Hesabata görə, son 7 gündə Cənub-Şərqi Asiyada COVID-dən ölüm sayı 46 faiz, Şimali və Cənubi Amerikada 15 faiz, Şərqi Aralıq dənizində 7 faiz, Avropada isə 2 faiz artıb.