Son bir həftədə üç nəfər spirtli içkidən zəhərləndi

  • 2020.09.30 11:43
  • 5494 Baxış
Son bir həftədə üç nəfər  spirtli içkidən zəhərləndi

Son bir həftə ərzində üç nəfər spirtli içkidən zəhərlənib.

Medicina.az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov bildirib.

Həkim bildirib ki, son bir həftə ərzində şöbəyə müraciət edənlərin sayı az olub:

“Xəstəxananın Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə dörd nəfər, sirkə turşusu ilə iki nəfər, dərman mənşəli allergik reaksiya ilə beş nəfər, spirtli içki ilə üç nəfər müraciət edib. Sirkə turşusu ilə zəhərlənən pasiyentlərin vəziyyəti ağırdır. Müraciətlər arasında ölən yoxdur".

A.Maqsudov bir nəfərin əqrəb sancması ilə müraciət etdiyini və tövsiyə alaraq evə buraxıldığını qeyd edib.

Könül Cəfərli