Son günlərin ən soyuq günü gəlir

  • 2022.11.05 14:51
  • 3204 Baxış
Son günlərin ən soyuq günü gəlir

Noyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 11-13° isti olacaq, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacaq.


Noyabrın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi fonunda xəzri küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə aşağı enəcəyi və yağışlı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.


Noyabr ayının 6-da ölkə ərazisində qeyri sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində arabir duman olacağı, görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.