Son illərdə 300-dən çox ambulans maşını alınıb

  • 2023.12.20 14:17
  • 688 Baxış
Son illərdə 300-dən çox ambulans maşını alınıb

“İcbari sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb”.

"Medicina" xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏ hesabat konfransında deyib.

"İcbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə bu günə kimi 349 sayda ambulans alınıb:

2022-ci ildə ümumilikdə 65 ədəd olmaqla 20 ədəd reanimobil, 37 ədəd ambulans, 7 ədəd çətin keçilən ərazilər üçün ambulans, bir ədəd küvəzli ambulans alınaraq müəssisələrdə istifadəyə verilib.

2023-cü ildə isə ümumi sayı 100 ədəd olmaqla 20 ədəd reanimobil, 66 ədəd ambulans, 10 ədəd küvəzli reanimobil, 3 ədəd psixiatrik xəstəxanalar üçün nəzərdə tutulmuş ambulans və bir ədəd səyyar rentgen cihazlı təcili yardım avtomobili alınıb”.