Son sutkada 1 033 erməni koronaya yoluxdu

  • 2021.04.21 11:12
  • 1058 Baxış
Son sutkada 1 033 erməni koronaya yoluxdu
Ermənistanda son sutkada koronavirusa 1 033 yoluxma qeydə alınıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 210 518-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 25 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 944 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 190 271 nəfər sağalıb. Hazırda 15 316 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.