Son sutkada 21 mindən çox insan vaksinasiya olundu

  • 2021.05.13 20:17
  • 1570 Baxış
Son sutkada 21 mindən çox insan vaksinasiya olundu
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 21015 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 158 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 748 525, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 019 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 729 173 təşkil edir.