Son sutkada 348 mindən çox yoluxma qeydə alındı

  • 2021.02.18 09:04
  • 932 Baxış
Son sutkada 348 mindən çox yoluxma qeydə alındı

Dünyada son sutka ərzində 348 150 nəfər koronavirusa yoluxub, 8 251 nəfər ölüb. 

Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq  109 217 366 yoluxma hadisəsi, 2 413 912 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 43 faizdən çoxu Şimali və Cənubi Amerikanın (152 337) payına düşür. Digər yerləri isə Avropa (130 891) və Şərqi Aralıq dənizi bölgəsi (27 006) bölüşür