Son sutkada 500 mindən çox yoluxma qeydə alındı

  • 2020.11.30 09:11
  • 974 Baxış
Son sutkada 500 mindən çox yoluxma qeydə alındı

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 564 mindən çox olub, ölüm sayı isə 8985 nəfərə çatıb.

RİA Novosti xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi internet saytında bildirilib.

Son 24 saat ərzində ən çox yoluxma Amerika (258 mindən çox) və Avropada (210 mindən çox) qeydə alınıb.