Son sutkada 58 mindən çox insan vaksin vurdurub

  • 2021.08.19 17:55
  • 47762 Baxış
Son sutkada 58 mindən çox insan vaksin vurdurub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 282 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 690, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 592 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 991 016, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 574 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 416 859 təşkil edir.