Son sutkada 61 400 nəfər COVID-19-a yoluxdu - Türkiyədə

  • 2021.04.15 20:57
  • 1306 Baxış
Son sutkada 61 400 nəfər COVID-19-a yoluxdu -  Türkiyədə
Türkiyədə son sutkada 61 400 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 086 957 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

Medicina.az -ın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 297 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu infeksiyadan ölənlərin ümumi sayı 35 031 nəfərdir.

Hazırda ölkə üzrə 516 886 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3080 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 535 040 nəfər (son sutkada 54 894 nəfər) müalicə olunaraq sağalıb.