Günün COVID-19 STATİSTİKASI: 341 yoluxma, 29 ölü

  • 2021.01.01 18:11
  • 2527 Baxış
Günün COVID-19 STATİSTİKASI:  341 yoluxma, 29 ölü
Azərbaycanda bu gün koronavirus infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3 858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 219 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 188 280 nəfər müalicə olunaraq sağalıb, 2 670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 473, bu günə qədər isə ümumilikdə 2 199 939 test icra olunub.