Son sutkada nə qədər insan vaksin vurdurub?

  • 21 İyl 2021 20:13
  • 206 Baxış
Son sutkada nə qədər insan vaksin vurdurub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 025 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9573 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 398 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 597 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 801 782 təşkil edir.