Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Son zamanlar yayılan virus "pnevmoniya" yaradır - XƏBƏRDARLIQ - VİDEO

  • 2025.08.11 11:19
  • 129 Baxış
Son zamanlar yayılan virus "pnevmoniya" yaradır -  XƏBƏRDARLIQ - VİDEO

Yüksək hərarət, baş ağrısı və dayanmaq bilməyən öskürək... Son günlərdə bir çox insanlar arasında sadalanan simptomlarla müşayiət olunan viruslu infeksiyaların artdığı müşahidə edilir. Bəs maraqlıdır havaların isti keçməsinə baxmayaraq, yay aylarında bu yoluxucu xəstəliklərin yayılmasının səbəbi nədir?

Medicina.az Xəzər. TV-yə istinadla xəbər verir ki, həkim terapevt Rasif Bağırovun sözlərinə görə, sözügedən simptomlar adətən yüngül gedişatlı olsa da, immun sistemi zəif olan şəxslərdə daha ağır keçə bilər.

Həkim deyir ki, infeksiyanın yayılmasının əsas səbəblərindən biri kondisionerlərlə bağlı hava dəyişiklikləri və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir.

Terapevt bu günlərdə şəxsi gigiyenaya diqqət yetirməyi, bol maye qəbul etməyi və kütləvi yerlərdən mümkün qədər uzaq durmağı tövsiyə edir. Simptomlar ağırlaşarsa, mütləq həkimə müraciət etmək tövsiyə olunur.