Soya bitkisi nədir? – Bədən üçün faydaları

  • 2023.08.09 22:58
  • 3057 Baxış
Soya bitkisi nədir?   –  Bədən üçün faydaları
Hər kəsə məlumdur ki, D vitamini sümüklərin sağlamlığı üçün çox vacibdir. Tərkibində yüksək D vitamini olan qidalar arasında yer alan, tez-tez qəbul edilməsi lazım olan qıdların tərkibində saysız-hesabsız vitaminlər var. Bu vitaminin çatışmazlığı həyat keyfiyyətinin azalmasına səbəb olur.

Bu şəxslərdə bədən və sümük ağrısı, halsızlıq, yuxusuzluq, göz altında saralmalar, tez-tez əhval dəyişikliyi və depressiv hallar, saç tökülməsi və həddindən artıq tərləmə kimi simptomlara rast gəlinir.


Günəş işığından qəbul edilən D vitamini ilə yanaşı, müxtəlif qidalar da D vitamini üçün faydalar təmin edə bilər.


“Medicina” xəbər verir ki, çox yüksək qida dəyəri ilə zəngin bir protein və D vitamini qaynağı olaraq görülən soya bitkisi də bu məhsullar sırasına daxildir.

Şəkərdən qoruyur

Yaxşı bir lif və zülal qaynağı olaraq, sağlam çəki artımını dəstəkləyən soya bitkisi, tərkibində yüksək yağ olmasına baxmayaraq, xolesterin maddəsi təşkil etmədiyi üçün diabetdən qoruyur.

Xərçəngi müalicə edə bilər

Tərkibindəki antioksidantlarla zərərli maddələri zərərsizləşdirən soya, xərçəngin başlanğıcını ləngidir və xərçəngin müalicəsi prosesində istifadə etmək üçün faydalı bir qida vasitəsi hesab olunur.

Yuxunu yaxşılaşdırır

Maddələr mübadiləsini tənzimləyərək, yuxu problemləri üçün yaxşı olduğu bilinən soya paxlası yüksək səviyyədə maqnezium tərkiblidir, yuxu keyfiyyətini artırır və effektiv istirahəti təmin edir.

Dəridə qırışları azaldır

Bu paxla, dəridəki ləkələrdən qırışlara qədər bir çox dəri problemlərini həll etməyə kömək edir, soya yağı isə dəriyə sürtülərək, ləkələrin və qırışların qarşısını alır.

Tərkibində səkkiz əsas amin turşusu olan yeganə qida maddəsi kimi tanınan soya, protein dəyəri və B1 vitamini ilə qırmızı ətin ən böyük rəqiblərindən biri də hesab olunur.

Xanım