Soyuq aylarda gözlərdə yaranan problemlər: allergiya, sulanma, göz xərçənginin səbəbləri– Uzman oftalmoloqla MÜSAHİBƏ

  • 2019.10.28 16:30
  • 217637 Baxış
Soyuq aylarda gözlərdə yaranan problemlər: allergiya, sulanma, göz xərçənginin səbəbləri–  Uzman oftalmoloqla MÜSAHİBƏ
Payız-qış mövsümünün gəlməsi
ilə əlaqədar olaraq bir sıra xəstəliklər, o cümlədən müxtəlif göz xəstəlikləri
çoxalmağa başlayır. Bundan əlavə hamiləlik zamanı gözdə baş verən dəyişikliklər
ən çox maraq doğuran suallardandır. Sonzamanlar xərçəngin bütün növləri kimi göz xərçənginin də yayılmasında
artım müşahidə olunur.

 

Uzun zamandır Azərbaycanda
çalışan, göz xəstəlikləri üzrə Türkiyənin uzman doktoru Azmiye Altınışık Medicina.az-ın suallarını cavablandırıb və maraqlı mövzulara toxunub. Həmin
müsahibəni təqdim edirik:


 



-Havaların soyuması, payız-qış mövsümünün gəlməsi gözümüzə necə təsir edir? Xəstələr ən
çox hansı problemlərdən müraciət edir?


 


-Payız-qış aylarında küləkli
hava səbəbindən göz quruluğu şikayətləri çoxalır. Çünki bu göz yaşı çox buxarlandığı
üçün gözlərimiz çox asanlıqla sulanır. Nə qədər qəribə səslənsə də bu sulanma
göz quruduğu üçün baş verir. Nəzərinizə çatdırım ki, bizim gözlərimiz nəmlidir.
Göz quruluğu və ya göz yaşı yetməzliyi olan şəxslərin gözləri asanlıqla
sulanır.


 


Xüsusilə qış mövsümündə
qrip infeksiaları artır və gözə də təsir edir. Qrip infeksiyaları zamanı
maksimum ehtiyatlı olmağımız lazımdır. Qidalanmağımıza fikir verməli, insan sıx
olan ərazilərdən uzaq durmalıyıq. Metro, kinoteatr, ticarət mərkəzləri və s.
kimi insanların çoxluq təşkil etdiyi yerlərdə diqqətli olmaq lazımdır. Bədəni
çox yormamaq, dincəlmək lazımdır.


 


Bundan başqa əgər gözdə
mövsümi allergiyalar varsa, bu narahatılıqlar özünü göstərir. İnsanlar gözdə
daha çox yaz fəslində allergiya
olduğundan xəbərdardır. Lakin qış aylarında da gözdə allergiyalar baş qaldırır.
Xüsusilə immunitet zəiflədiyi zaman bütün xəstəliklər kimi göz xəstəlikləri də özünü
qabarıq göstərir. Uveit, blefarit, göz qapağında yağlanma, meibomit, itdirsəyi
və s. xəstəliklər immunitetin aşağı düşməsi ilə birlikdə yaranan xəstəliklərdir.


 


-Bununla əlaqəli ilk olaraq nə etməli, gözü yad təsirlərdən
necə qorumalıyıq?


 


- Adətən insanlar gün eynəyinin
yalnız günəş üçün istifadə edildiyini zənn edir. Lakin qış aylarında gözləri
küləkdən, soyuqdan qorumaq üçün eynək istifadə etmək lazımdır. Bundan əlavə
gözünə bir yad cisim qaçdığı zaman qətiyyən onları ovxalamaq olmaz. Çünki əllərimizdə
olan mikroblar asanlıqla gözə keçir. Belə hallarda gözümüzü bir fincan təmiz
suyun içərisinə salaraq açıb-qapayıb, yad cismi çıxarmaq lazımdır. Əgər bundan
sonra da gözdə batma hissə davam edirsə, ləngimədən ən yaxında olan göz həkiminə
müraciət etmək lazımdır.


 



Əməliyyat heç də həmişə müsbət nəticə
vermir.


 

  


- Çəpgözlük əsasən nə zaman rastlanır və yaranma səbəbi nələrdir? Başqa hansı xəstəliklərə səbəb
olur?


 


-Çəpgözlük hər yaşda
müşahidə olunan haldır. Ən çox uşaqlarda rast gəlinir. Əgər iki göz eyni anda
paralel baxmırsa, əyri baxan gözdə görmə inkişafdan qalır. Çəpgözlüyün
aşkarlanması ilk altı yaşda çox önəmlidir.
Çünki görmə bu yaş dövründə inkişaf edib irəliləyir. Bu zaman aşkarlanan çəpgözlük
mütləq şəkildə müalicə olunmalıdır. Belə hallarda biz öncəliklə görməni artırmağa çalışırıq, eynək müalicəsi
tətbiq edirik, daha sonra lazım olduqda əməliyyat planlaşdırılır.


 



 


 


 


Sonradan ortaya çıxan çəpgözlüklərdə
isə gözün artıq inkişafı tamamlandığı üçüncüt görmə halı baş verir. Yəni, paralellik pozulduğu üçün xəstələrdə
ikili görmə şikayətləri çoxalır. Hətta xəstələr bizə bir gözünü bağlayaraq
müraciət edirlər. Xüsusilə beyinlə əlaqəli
xəstəliklər, şəkər, yüksək təziq kimi xəstəliyi olan şəxslərdə paralelliyə bağlı sonradan yaranan çəpgözlük
ortaya çıxa bilər. Belə şəxslərdə bir il gözləmək lazımdır. Bu müddətdə əgər
sinirdə bir yaxşılaşma yoxdursa, əməliyyat planlaşdırıla bilər.


 


 


Qeyd edim ki, eynəklə düzələn və düzəlməyən çəpgözlük var. Eynəklə düzələn
çəpliyi qətiyyən əməliyyat etmək olmaz. Adətən, ailələr uşaqlarını eynəkdən
azad olmasını istəyirlər. Əməliyyat yolu ilə eynəkdən birdəfəlik qurtulmaq istəyirlər.
Lakin heç də həmişə əməliyyat müsbət nəticə vermir. Misal üçün, içəri doğru çəpliyi olan uşaq əməliyyat
olunarsa, daha sonra çölə doğru çəpliyi yarana bilər.


 


 



- Son zamanlar çox yayılan lazer əməliyyatı haqda hələ də fərqli fikirlər
var. Hər kəsi lazer əməliyyatı etmək olarmı? Bu əməliyyatın mənfi təsirləri nə
qədərdir?


 


 


- Lazer əməliyyatı etdirmək
istəyən şəxsin yaşı 18-i tamamlanmış olmalıdır. 18 yaşı tamam olduqdan sonra da
son 2 ildə eynək nömrəsində dəyişiklik olmadığını yoxlamaq lazımdır. Çünki gözdə
zəiflik 24 yaşa qədər davam edə bilər. Ona görə də hələ görmə zəfliyi stabil
omayanları əməliyyat etmək üçün qətiyyən tələsmək olmaz. Bu əməliyyat daha çox
xəstələrin istəyinə bağlı bir əməliyyatdır. Uzun müddətdir eynək taxan,
taxmaqdan yorulan şəxslər çox müraciət edirlər. Burada nəzərə alınmalıdır ki, həmin
şəxsin şəkər, otto immun, hətta göz xəstəliyi olmamış olsun. Sağlıqlı gözə , əgər
buynuz qişa qalınlığı və retinası normaldırsa, bu əməliyyat rahatlıqla edilə
bilər. Qeyd edim ki, heç bir əməliyyat 100 faiz təminatlı deyil. Heç bir halda
bu əməliyyata yüz faiz arantı verilir demək doğru deyil. Hər əməliyyatın
infeksiyaları, bulanıqlığı və s. riks ehtimalları
ola bilər. Ən bəsit ehtimal olsa belə, xəstəyə bu məlumatlar əməliyyatdan öncə verilməlidir. Təəssüflə
deyim ki, eynək taxmaq indi psixoloji tərəfdən yük halına çevrilib. Ona görə də
hər kəs əməliyyat olub, ondan xilas olmaq istəyir.


 


 


-Davamlı kompüter başında işləyənlər gözlərini necə qorusun?
Onların qoruyucu eynək taxmaları gərəkdirmi?
Bu eynəkləri həkim təyin etməlidir, ya necə?


 



-Biz bir dəqiqə ərzində təqdribən20 dəfə gözümüzü qırparaq, onu nəmləndiririk.
Yəni göz qapaqlarının aşağı enib-qalxması ilə göz yaşı gözümüzə yayılır. Diqqətlə
bi nöqtəyə baxdığımızda, məsələn uzun müddət komputerə baxmaq, kitab oxumaq, zərgərlik
işi və s. kimi işlərdə insanlar uzun müddət gözünü qırpmadan eyni nöqtəyə baxdığı
üçün yavaş-yavaş göz quruluğu başlayır. Bu quruluğu insanlar bəsit bir şey
hesab edir. Lakin gözümüzün sağlam olması üçün onun nəmli olmağı çox vacibdir. Göz
qurulğundan başqa kompüterdən yayılan radioaktiv maddələr var ki, bu gözlərimizdə
yorğunluğa səbəb ola bilər. Ona görə bu şəxslərdə həm də 0.25 dərəcə kimi çox kiçik rəqəmlər varsa, həkim
nəzarətində eynək almaları vacibdir. Bu eynəklər əsasən işıqlara qarşı qoruyucu
effektli olur. Həkimə görünmədən özbaşına bu tip eynəklər almaq tövsiyə
edilmir. Kompüterlə işləyən şəxslər hər bir saatda on dəqiqə kompüteri söndürüb,
gözlərini dincəltməlidir.


 


 



-Göz allergiyaları nə ilə əlaqəlidir? Burada genetic
amil rol oynayırmı? Müalicəsi varmı?


 


 


- Allergiyaların
hamısında demək olar ki, genetik faktor rol oynayır. Əgər valideynlərdə varsa ,uşaqlarda da bu qaçılmazdır. Gözümüzü ən çox allergiya edən
isə çevrədəki polenlər, tozlar, çirkli hava və mövsümi mikroblardır. Allergiyalar
zamanı qaşınma başlayır və artmağa doğru gedir.Bu zaman qətiyyən gözü qaşımaq olmaq. Bunun qarşısını almaq üçün qoruyucu
müalicə üsulları var. Qaşıntını azaltmaq üçün bol su ilə yumaq lazımdır. Müalicə
zamanı istifadə edilən damlaları hətta soyuducuda saxlamaq tövsiyə edilir.
Çünki soyuq qaşıntı hissini azaldır. Uzun müddət göz qapağı qaşındığı zaman,
buynuz qişanın forması dəyişilir və görmə pozğunluğu olan "keratokonus” kimi
ciddi xəstəliklərə səbəb ola bilir. Daha çoxekzema dəri allergiyası olan xəstələrdə göz qaşınmaları müşahidə olunur.


 


 


Gözündə itdirsəyi çıxanlar kiprik diblərini
bu şampunla yuyulmalıdır.


 


 


 


 


 


 


-Xalq arasında itdirsəyi kimi tanınan xəstəliyin
yaranmasına səbəb nədir?


 


 


-Kipriyin alt və üst kənarlarında
30-40 ədəd "meybomiz”dediyimz yağ vəziləri var. Adətən yağlı dərilərdə bu vəzilərin
ağzında tıxaclar əmələ gəlir. Bu yağ vəzilər yağ ifraz edərkən göz yaşının
buxarlaşmasına əngəl olur. Vəzlərin ağzı tıxandığı yerlərdə isə asanlıqla mikroblar əmələ
gəlib toblanır. Hətta bədən immuniteti düşdüyü zaman infeksiyalar əmələ gəlir.
Xalq arasında buna itdirsəyi də deyilir. Əslində isə o yağ vəzilərinin bir absesidir.
Yəni, abses iltihab nəticəsində dəri içindəirin toplanmasıdır. Əgər bu göz ətrafında qalın bir təbəqə əmələ gətiribsə,
bu öz-özlüyündən müalicə ilə keçmir. Mütləq cərrahi yolla irinin içi
boşaldılmalıdır. Bəzən bunun üçün iynə vurduranlar olur. Bu zaman irinli təbəqənin
içi keçici müddət üçün boşalır. Amma immunitet zəifləyən kimi yenidən çıxa
bilir.


 


 


Buna görə də, kirpik diplərində
kəpəklənməsi olan, yağ vəzilər tıxalı olan şəxslərin göz qapağının kənarları
qızarıq olur. Sanki ağlamış kimi sərtləşir. Belə şəxslər davamlı olaraq kirpik
diblərini uşaq şampunu ilə yumaları tövsiyə olunur. Uşaq şampunu həmin bölgədəki
yağ müvazinətini saxlamış olur. Bundan başqa isti su, çay, çobanyastığı ilə
kompres edərək yağ vəzilərinin ağzını açmaq mümükündür.


 


 


- Göz xərçəngə yoluxubsa, onu nə etmək lazımdır?


 


 


-Göz xərçəngə tutulduğu
zaman xərçəng bir alma qədər böyüyüb, pis yaralara səbəb olur. Xərçəng gözdə qanamalara
səbəb olur, göz ətrafındakı sümükləri çürüdə bilir və çox bərbad hala gətirib
çıxarır. Xüsusilə, xərçəngə tutulmuş yaşlı xəstələr əməliyyat olmaq istəmir.


Göz xərçəngi iki cür olur. Bu gözün önündə
olub, görünə bilən və gözün arxasında olub, yalnız müayinə ilə görülən olur. Xəstə
çox gec müraciət edibsə, artıq əməliyyat vasitəsilə gözü, göz sümüklərini
çıxarmaq lazımdır. Daha sonra protezlə həmin hissələri əvəz etmək olur. Xərçəng
arasında "skuamöz” adlı növ çox sürətlə gözə yayıla bilir. Bundan başqa uşaqlıq
dövrü xərçəngləri var. Təəssüf ki, heç bir ailə uşaqlarının gözünü əməliyyatla
aldırmaq istəməz. Lakin bu göz alınmazsa, xərçəng sağlam gözə də yayıla bilər.
Hətta uşaqlıq dövrü xərçəngi genetik faktorla əlaqəli olub, evin digər
uşaqlarında da özünü göstərə bilər.


 


 


Bundan əlavə çox yavaş
inkişaf edən, dəridə və göz qapağı kənarlarında görülən "bazalioma” adlı xərçəng
növü var. Bu növdə uzun müddətli və sağalmayan yaralar qeydə alınır. Əgər əldə,
cilddə, göz qapaqlarında 1 aydan çox müddətdə sağalmayan yara varsa, mütləq şəkildə
müayinə olunmalıdır.


 


-Hazırda göz transplantasiyası yönündə hansı irəliləyişlər
vardır?


 


 


-Təəssüf ki, göz
transplantasiyası deyə bir şey yoxdur. Sadəcə gözün ön hissəsində buynuz qişa
dediyimiz yarım millimetr qalınlığındakı damarsız şəffaf toxuma meyit gözündən
alınıb, buynuz qişası bulanıq,amma göz
qişası və siniri sağlam olan insanlarda dəyişdirilir. Bu əməliyyatda göz nəqli
kimi başa düşülür. Lakin bir daha qeyd
edim ki, dünyada hələ də göz nəqli mümkün deyil. Göz korneası damarsız olduğu
üçün digər orqanlarla müqayisədə toxuma uyğunluğu tam da gərəkli deyil. Bu əməliyyatda
yaşlı və gənc məsələsi daha vacibdir. Yaşlı birinin buynuz qişasını gənc birinə
köçürüldüyündə daha tez sıradan çıxır, şəffaflığını qoruya bilmir və s. Lakin xəstələrin
ən məmnun qaldığı, ən üz güldürən əməliyyatlardan biri hesab edilir.


 



 


Afaq Rza


 


 


 

Soyuq aylarda gözlərdə yaranan problemlər: allergiya, sulanma, göz xərçənginin səbəbləri–  Uzman oftalmoloqla MÜSAHİBƏ
Soyuq aylarda gözlərdə yaranan problemlər: allergiya, sulanma, göz xərçənginin səbəbləri–  Uzman oftalmoloqla MÜSAHİBƏ
Soyuq aylarda gözlərdə yaranan problemlər: allergiya, sulanma, göz xərçənginin səbəbləri–  Uzman oftalmoloqla MÜSAHİBƏ