Soyuq hava infarkt riskini artırır

  • 2019.01.28 10:27
  • 10253 Baxış
Soyuq hava infarkt riskini artırır

 

Qış aylarında infarkt keçirən xəstələrin sayında artım müşahidə edilir. Soyuq havada damarlar büzüşür, təzyiq yüksəlir və ürəyə düşən yükün həcmi artır. Bu isə infarkt risqini tətikləyir. 


Medicina.az xəbəb verir ki, soyuq havada ürəyə qan gətirən damarlar büzüşür və beləcə ürəyə gələn qanın miqdarı azalır. Orqanizmin istiliyini qoruya bilmək üçün daha çox qan pompalamaq məcburiyyətində qalan ürək daha bol miqdarda oksigenə ehtiyac duyur. Həmçinin də soyuq hava səbəbindən damarlar daha da büzüşərək qanı daxili orqanlara yönləndirir. 


Böyrəklər, ona daxil olan qanın artması səbəbindən süzmə funksiyasını artırır və orqanizmdən çox miqdarda maye ayrılır. Nəticədə meydana çıxan susuzlaşma ürək-damar sisteminə öz mənfi təsirini göstərir. Beləliklə də ürək əzələsi oksigensiz qalır, infarkt meydana gəlir. 


Soyuq havanın ölümcül təsiri 25-29 yaş qrupuna daxil kişilərdə daha çox müşahidə edilir. 


Necə aradan qaldırılmalı?


Havaya uyğun geyim seçin: Altdan pambıq, üstdən yun olmaqla ən az 3 qat geyim geyinilməlidir. Başa papaq və əlcək də taxmaq lazımdır. 


Mütəmadi qidalanmağa və maye qəbuluna diqqət yetirin:  çölə çıxmazdan əvvəl və evə gəldikdən sonra mütləq maye qəbul edin. Həmçinin də C vitamini ilə zəngin qadalarla qidalanın.

 

Soyuq havada həddən artıq fiziki hərəkətdən uzaq olun: gəzintiyə çıxmaq üçün nisbətən isti saatları seçin. Əgər soyuq havada işləyirsinizsə onda tez-tez dincəlin. 


Kofeinli və alkoqollu içkilərdən uzaq durun: Bu içkilər təzyiqi yüksəldir. 


Arzu

Medicina.az