Soyuq havalarda infarkt, insult riski artır

  • 2021.11.19 15:42
  • 930 Baxış
Soyuq havalarda infarkt, insult riski artır

Amerika alimlərinin araşdırmalarına görə, soyuq havada ürək tutmaları, ani ürək dayanması, infarkt kimi pozulmaların sayı çoxalır.

Bunun səbəbi soyuqda insan orqanizmində baş verən damarların sıxılmasıdır (spazm). Xüsusilə bu isti otaqdan soyuğa çıxanda baş verir. Nəticədə ürəyə olan yükləmə artır.

Belə spazm sağlam insanın orqanizmində baş verdikdə, bu ciddi mənfi nəticələrə səbəb olmur. Lakin ürək xəstəlikləri olan insanlarda bu ürək tutmasına və hətta infarkta səbəb ola bilər.

Bu səbəbdən həkimlər ürək xəstəlikləri olan insanlara soyuq havada daha isti geyinməyi, əlcək və papaq taxmağı tövsiyə edirlər.