Soyuq havalarda uşaqları çölə çıxarmaq olmaz? - Pediatr valideynlərin yanlışlarını açıqladı

  • 2017.10.17 13:29
  • 17922 Baxış
Soyuq havalarda uşaqları çölə çıxarmaq olmaz? -  Pediatr valideynlərin yanlışlarını açıqladı
Əksər valideynlər uşaqlarını xəstəlikdən qorumaq üçün soyuq havalarda çölə çıxartmır. Onlar bununla övladlarını soyuqdan mühafizə etdiklərini sanırlar.  

 

Medicina.az xəbər verir ki, pediatr-neonatoloq Altay Abduallaoğlu azyaşlıları qapalı mühitlərdən uzaq saxlamağı məsləhət görür.


Həkimin sözlərinə görə, uşaq bağçaya və ya məktəbə gedirsə, bu vəziyyət onları xəstəliklərə qarşı daha müdafiəsiz edir.  


"Ancaq uşaq xəstə olduğu zamanlarda məktəbə, bağçaya göndərilməməli və digər uşaqlardan uzaq tutulmalıdır”, - deyə pediatr bildirib.


Bundan başqa, məlumdur ki, əsas diqqət edilməli olan nüanslardan biri uşaqların şəxsi gigiyenasıdır.


Abdullaoğlu bu barədə də valideynlərə tövsiyələr verib: 


"Övladınızın əlini hər yerə toxundurmasına icazə verməyin. Uşaqlarınızın əllərində qalmış mikroblar onun daha tez xəstələnməsinə şərait yaradacaq. Bu səbəblə övladınızın əllərini gün ərzində bir neçə dəfə təmiz yumasına diqqət edin”.


Pediatrın sözlərinə görə, maye qəbulunu artırmaqda fayda var:


"Gün ərzində uşaqlarınızın bol maye qəbul etməsini təmin edin. Uşaqlar xəstə olduqları zaman isə bu məqama xüsusilə diqqət edilməlidir. Xəstə uşaqların iştahaları azaldığından maye qəbulu da azalır. Lakin buna baxmayaraq imkan daxilində övladınızın daha çox maye qəbul etməsini təmin etməlisiniz. Bu ehtiyacı aradan qaldırmaq üçün təzə sıxılmış meyvə suları, bitki çayları (məsələn çobanyastığı) və ballı süd içirə bilərsiniz”.

 

Şəhanə Quliyeva