Soyuq su ilə çimməyin faydaları - Alimlər açıqlayır

  • 2022.10.14 15:31
  • 2674 Baxış
Soyuq su ilə çimməyin faydaları -  Alimlər açıqlayır
Demək olar ki, hər kəs duş qəbul edərkən isti sudan istifadə edir.

Hətta yay aylarında isti su ilə duş qəbul edənlər də az deyil.

Amma mütəxəssislər bildirirlər ki, soyuq su ilə duş qəbul etməyin bir çox faydası var.


Bakupost.az həmin araşdırmanı təqdim edir:


Soyuq duş qəbul etməyin faydaları nələrdir?

Qan dövranını sürətləndirir

Sağlam qan dövranının olması çox vacibdir. Soyuq su ilə qarşılaşdıqda daralmış qan damarları qan axını sürətləndirir ki, bu da həm təzyiqi tənzimləməyə kömək edir, həm də damarları gücləndirir. Qan dövranının yaxşı olması sizi ürək-damar baxımından da sağlam edər.


İmmuniteti gücləndirir


Soyuq su ilə duş qəbul edən insanlar soyuqdəymə və qrip kimi infeksiyalara qarşı daha davamlı olurlar. Çünki soyuq duş qanınızda monosit və limfositlərin artmasına səbəb olur. Bu maddələr bakteriya və viruslarla mübarizədə çox mühüm rol oynayır. Bu səbəbdən soyuq duş qəbul edən insan bir çox xəstəliyə daha güclü reaksiya verir.

Dəri və saç üçün yaxşıdır


Soyuq su ilə duş almaq saçınızı və dərinizi daha sağlam edir. Əslində hamımızın öyrəşdiyi isti duş saç və dəri üçün zərərlidir. Soyuq duş dəri məsamələrini daraldır və sızanaqların yaranmasının qarşısını alır. Bundan əlavə, bədəndən toksinləri çıxarmağa kömək etdiyi üçün daha parlaq bir dəriyə sahib olacaqsınız.


Depressiyanın qarşısını alır


Amerikada aparılan bir araşdırmaya görə, soyuq duş depressiyanın qarşısını alır.


Hormonlara təsiri


Soyuq duş qəbul etdiyiniz zaman hormon ifraz edən bezləriniz daha çox işləyir, bu da vücudunuz üçün daha çox hormon deməkdir. Xüsusilə uşaq sahibi olmaq istəyənlər üçün soyuq duşun müsbət təsiri var. Çünki isti temperaturda sperma sayı azalır. Soyuq duş bu işdə sizə kömək edir.


Maddələr mübadiləsini sürətləndirir və arıqladır


Alimlər deyir ki, soyuq su ilə çimmək sizi artıq çəkidən də azad edəcək.