Soyuqdəymə, qrip, yoxsa təzə kovid – Şəhərdə yayılan xəstəlik nədir?

  • 2023.09.14 18:18
  • 2616 Baxış
Soyuqdəymə, qrip, yoxsa təzə kovid  – Şəhərdə yayılan xəstəlik nədir?

Sentyabr gəldi, havalar kəskin soyudu, dünyada yeni kovid ştammı tüğyan edir, ölkədə yenə apteklərdə qızdırma dərmanı alanlar artdı.

Hazırda şəhərdə uşaqdan böyüyə çox insan öskürür, qızdırması var, soyuqlayıb. Amma bu soyuqdəymədir, ağır qripdir, yoxsa bu simptomlar altında gizlənmiş elə koviddir.

Deyəsən bu payızın da əsas mövzusu kovid olacaq.

“Medicina” xəbər verir ki, həkimlər hazırda dominant virusun qrip olduğunu bildirir.

Qrip, soyuqdəymə və kovidin inkubasion dövrü, müddəti, simptomları fərqlidir, hər xəstəliyin də özünün yanaşması var.

Terapevt İrina Andreyeva bu 3 xəstəliyi fərqləndirməyin yolunu və klassik simptomlarını açıqlayıb.
Soyuqdəymə - burun axır, öskürək, boğaz ağrısı, nadir halda qızdırma 38-ə çatır.

İnkubasion dövr 2-3 gündən 12 günə kimidir. Xəstəlik 1 həftə ərzində davam edir.

Kovid simptomları:

- Bütün bədəndə, əzələlərdə ağrılar
- Baş ağrısı
- Ümumi halsızlıq
- Titrəmə

- Qarın pozulması, ürəkbulanma
- Dəridə qaşınma
- Qızdırma 37,5
- Daha sonra öskürək, tənəffüsdə problem
- İnkubasion dövr 4-7 gündür, sürətlə başlayıb, getdikcə ağırlaşıb, 10 günə qədər davam edə bilər.

Orta və yüngül forma 10 günə keçir. Ağır forma xəstəliyin 7-ci günündən daha da ağırlaşır.

Qripin klassik simptomları

- Qəflətən başlayır, titrəmə, bədən ağrıları
- Quru öskürək
- Ümumi halsızlıq


- Burun göz sulanması
- Öskürək
- Qızdırma
- İştahsızlıq

Davam etmə müddəti 5-7 gündür. Ağırlaşma 3-5 gündən sonra ola bilər.

Qrip yoluxucudur, uşaqları və yaşlıları qorumaq lazımdır”.

Aygün Musayeva