Soyuqdəyməyə qarşı 3 ağlagəlməz dərman

  • 2023.10.13 17:49
  • 1443 Baxış
Soyuqdəyməyə qarşı 3 ağlagəlməz    dərman
Payızda ən yaxşısı xəstələnməməkdir, amma ətrafda hər kəs xəstə olanda qorunmaq çətin olur.


İşdir əgər xəstələnsəz, komfortlu keçirmək mümkündür. Nənələrin dərmanı mürəbbəli çay və toyuq bulyonundan əlavə maraqlı digər metodlar var.

“Medicina” xəbər verir ki, 2015-ci ildə dərc edilmiş elmi işə görə, xəstə insanı ətrafı qayğı, diqqətlə əhatə edib, ona yazıqları gələndə həqiqətən xəstəlik və ağrı tez keçir.

Ona görə də alimlər tövsiyə edir ki, xəstə yataqda uzanıb, ailəsindən dəstək qayğı tələb edib, kapriz göstərsə onun üçün faydalıdır, nəinki hər şeyi özü etməsi.

Çox gülün, komediyaya baxın

Xəstə yatağına düşən kimi gecə -gündüz komediyalara, yumora baxın. Gülüş immun sistemə kömək edir, ağrı, stres azalır, sağalma tezləşir.

Güləndə insanın ağciyərləri də hərəkətə gəlir, qan dövranı artır, bəlğəm tez gəlir.

Düzgün pozada- daha çox yuxu

Artıq bilirsiz ki, xəstə və qızdırmalı olanda evdən çıxmaq, xüsusilə işə getmək orqanizmi təhlükə altına qoyur.

Araşdırmalar göstərib ki, xəstələnən gündən yataq rejiminə əməl edib, gecə-gündüz yaxşı yatanlar 2-3 gün ərzində sağalıb.

Qrip zamanı çalışmaq lazımdır ki, başınız və kürəyinizin altı bir qədər hündür olsun.


Aygün Musayeva