Soyuqlar düşəndə immuniteti necə möhkəmləndirək?

  • 2023.09.12 15:16
  • 2979 Baxış
Soyuqlar düşəndə immuniteti necə möhkəmləndirək?
Payız aylarında immunitetin sınağı başlayır. Havada hava –damcı yolu ilə yayılan viruslar artır, hava soyuduğu üçün bədən rezervi azalır, insanlar qapalı bağlı yerdə çox toplaşır, cəmiyyətdə qripli insanlar artır.


“Medicina” xəbər verir ki, həkim nutrisoloq Anna İveşkeva payızda immuniteti möhkəmləndirməyin əsas şərtlərini açıqlayıb.


“Soyuq da olsa açıq havada 2 saat gəzməyi təxirə salmayın. Soyuq aylarda yaydan fərqli olaraq, axşam daha tez yatın. Ən geci saat 11-də artıq yatmalısız. Hormonları normal saxlamaq üçün səhər 8-ə kimi fəsiləsiz yatmalısız.


İsti-soyuq su ilə duş almaq bədəni möhkəmlədir. Əgər bunu edə bilmirsizsə, ayaqlarınızı soyuq su ilə yumaq olar.


Rasionda vitamin və lif tərkibli tərəvəz, meyvə daxil edin. Alkoqol, çay, qəhvə, qazlı suları azaldın.
Onlar ürəyi və böyrəkləri yüklədiyi üçün immuniteti salır.

Zülal tərkibli qidalar – toyuq, hind quşu, paxla, yumurta bol edin və yeməklərinizi ədviyyatla zənginləşdirin ki, onlar virus, mikrobları öldürür.

İmmunitet üçün sarımsaq, istiot, xardal, zəncəfil, kök, yemişan, zoğal və s. istifadə edin”.

Aygün Musayeva