SPİD-ə yoluxanlar evlənə bilərmi - İcazə varmı?

  • 2022.11.30 16:54
  • 1427 Baxış
SPİD-ə yoluxanlar evlənə bilərmi  - İcazə varmı?


“QİÇS-ə yoluxanların ailə qurması ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Bu, könüllü izdivacdır”.

"Medicina" xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsindəki canlı yayımın qonağı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

“Bu günə qədər HİV-ə yoluxan qadınlardan xəstə övlad dünyaya gəlməyib. Qeyd edirik ki, HİV-ə yoluxan qadınlar bunu gizlətməsinlər. Hamilə qalmaqdan da qorxmasınlar. Bu gün tibb inkişaf edib və onlar da sağlam övlad sahibi ola bilərlər”.

Həkim onu da qeyd edib ki, QİÇS, HİV xəstəliyinə şəxs və ya şəxslərin qəsdən yoluxdurulmasına görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.