Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Spirtli içki kişiləri qadınlaşdırır – Narkoloq

  • 2024.05.20 22:39
  • 736 Baxış
Spirtli içki kişiləri qadınlaşdırır  –  Narkoloq
Spirtli içkilər kişilərdə hormonal balansı pozduğundan onlarda qadınabənzər dəyişikliklər olur.

“Medicina”xəbər verir ki, baş narkoloq Vitaliy Xoldin alkoqolun kişilərə dolayı təsirindən danışıb:


“Uzun müddət alkoqol istifadəsi zamanı kişi hormonu testosteron zamanla çox düşür, qadın hormonları artır.

Çox içki içənlərin görünüşündə tipik dəyişiklikləri hər kəs görə bilər. Qarınları çıxır, bel hissə şişir, süd vəzilər böyüyür, budları piylənir.

Qadınlarda isə əks proses gedir: qadın hormonları azalır, menstrual tsikl pozulur və hamilə qalma şansı azalır.

Həftədə 150 qram təmiz etinol insult, xərçəng, infarkt riskini 2 dəfə artırır.
Səhiyyə qurumlarının tövsiyələrinə görə, həftəlik miqdar 100 ml
keçməməlidir”.

Aygün Musayeva