Spirtli içkidən zəhərlənib xəstəxanalıq oldu - BAKIDA

  • 2020.01.25 10:31
  • 3815 Baxış
Spirtli içkidən zəhərlənib xəstəxanalıq oldu -   BAKIDA
Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib.

Medicina.az Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 24-i saat 19 radələrində, paytaxtın Xətai rayonu Q.Nəbi küçəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Şahmalı Əzimov "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içərək zəhərlənib. O, spirtli içki diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Ş.Əzimovun vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.