Stavropol sakini Sibir xorasına yoluxdu

  • 21 İyn 2022 16:01
  • 487 Baxış
Stavropol sakini Sibir xorasına yoluxdu


Rusiyanın Stavropol vilayətində bir nəfərdə Sibir xorası xəstəliyi aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə qubernator məlumat verib.

“Xüsusi diqqət yetirilməli informasiya daxil olub. Rojdestvenskaya stansiyası sakinində Sibir xorası yoluxması aşkarlanıb. Qadın pasiyentin vəziyyəti yaxşıdır, həkimlərin nəzarəti altındadır “, - deyə Vladimirov bildirib.

Stansiya ərazisində profilaktik tədbirlər aparılıb, xəstənin evi dezinfeksiya olunub, onlar yoxlanılıb.

Hazırda xəstənin yoluxma mənbəyi axtarılır.


Aygün Musayeva
BakuPost