Steyk və burgerlər ömrü qısaldır, xərçəng yaradır – ALİMLƏR

  • 2019.12.06 17:48
  • 3935 Baxış
Steyk və burgerlər ömrü qısaldır, xərçəng yaradır –  ALİMLƏR

Çox miqdarda steyk və burqer yemək erkən ölümə, həmçinin prostat xərçənginə səbəb olur.


Medicina.az xəbər verir ki, Kanada Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, yağlı və qızarmış ət prostat xərçənginə səbəb olan MYC genini aktivləşdirir.


Təcrübədə 319 nəfər prostat xərçəngi xəstəsinin həyat tərzi, qidalanması barədə informasiya toplanıb. Məlum olub ki, doymuş heyvani yağlar, fast-fud, burgerlə qidalananlar bu xəstəliyə 4 dəfə daha artıq yoluxur, daha erkən ölürlər, nəinki heç yeməyənlər.


Burger, steyk, pitsa yeyənlərin qanında MYC zülalı artmış olur, bu da xəstəliyi aqressivləşdirir.
Vegeterian dietası saxlayanlarda isə bu zülal daha aşağı səviyyədə olur.


Tədqiqatçılar siçanlar üzərində təcrübə aparıblar. Siçanlarda prostat vəzi xərçəngi yaradıb, sonra onları 2 qrupa bölərək, bir qrupu qırmızı ət, qızarmış ət, doymuş yağ turşuları ilə yedizdirib, digər qrupu isə bitki-tərəvəzlə yedizdiriblər.
Birinci qrup qırmızı ət yeyənlərdə xərçəng daha kəskin inkişaf edib və bu qrupun siçanları digər qrupdan daha tez ölüb.